Nüvə doktrinasına Ukraynadakı əməliyyat təcrübəsi əsasında düzəlişlər edilə bilər - Rusiya XİN

Gələcəkdə Rusiyanın nüvə doktrinasına, o cümlədən Ukraynadakı xüsusi hərbi əməliyyatın təcrübəsinə əsaslanan dəyişikliklər edilə bilər.

Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının " 60 dəqiqə" verilişində deyib.

"Doktrina və dövlət siyasətinin əsasları silahlı mübarizənin bu ifrat, son vasitəsinə əl atmağın ssenarilərini ətraflı təsvir edir. Yəqin ki, elə bir məqam gələcək ki, dövlət siyasətinin əsaslarına əldə edilmiş təcrübəni əks etdirən əlavə düzəlişlər edilə bilər. Xüsusi hərbi əməliyyat zamanı, gəlin hər şeyi öz adları ilə adlandırsaq, nüvə qarşısının alınmasının köhnə, klassik təfsiri düzgün işləmədi”, - deyə o bildirib.

Mövsüm

Aznews.az