- Rusiya və İran
- 31 İyul 2024 09:02
- 6 635
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda vəfat edib

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda atəşə tutulub.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Bu gün səhər Tehranda HƏMAS İslam Müqavimətinin siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin iqamətgahına hücum edilib, nəticədə o və mühafizəçilərindən biri həlak olub”, - agentliyin Teleqram kanalında bildirilib.
Daha sonra Tasnim xəbər verib ki, Haniyə və onun mühafizəçisi andiçmə mərasimi zamanı İran prezidentinə hücuma cəhd zamanı öldürülüb. Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.
Mövsüm
AzNews.az