- Rusiya və İran
- 26 Fevral 2025 19:02
- 6 381
Belarus Rusiya ilə təhlükəsizlik müqaviləsini ratifikasiya edib
Belarus Milli Assambleyasının Nümayəndələr Palatası (parlamentin aşağı palatası) fevralın 26-da keçirdiyi iclasda Rusiya ilə İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında sazişi ratifikasiya edib.
“Belarusa qarşı təcavüz aktlarının qarşısını almaq və dəf etmək üçün respublika ərazisində Rusiya Federasiyasının hərbi və digər obyektləri yaradıla, habelə Rusiya Federasiyasının hərbi birləşmələri yerləşdirilə bilər”, - sənəddə deyilir.
Gələcəkdə müqavilənin ratifikasiyası haqqında qanun layihəsi qəbul olunmaq üçün Respublika Şurasına təqdim olunacaq, sonra isə imzalanması üçün ölkə prezidenti Aleksandr Lukaşenkoya göndəriləcək.
Mövsüm
Aznews.az