- Rusiya və İran
- 31 Mart 2025 21:44
- 10 184
SEPAH Körfəzdə iki xarici neft tankerini ələ keçirib
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə iki xarici neft tankerini ələ keçirdiyini açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Dairəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, “Star 1” və “Wintag” adlı neft tankerləri 25 nəfərlik heyətlə hərəkət edib və onların göyərtəsində 3 milyon litrdən çox dizel yanacağı olub.