- Rusiya və İran
- 11:04
- 1 075
Qazaxıstan-Rusiya sərhədi yaxınlığında avtobusun qəzaya uğrayıb: ölənlər var

Qazaxıstan və Rusiya sərhədi yaxınlığında Almatı-Yekaterinburq magistralında avtobus və yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində 6 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Bu barədə Kostanay vilayətinin polis idarəsi məlumat yayıb.
TASS-ın idarəyə istinadən verdiyi məlumata görə , qəza səhər saatlarında keçid məntəqəsindən iki kilometr aralıda baş verib. Avtobusda 10 əcnəbi vətəndaş olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları iki və daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitələrinin idarə edilməsi qaydalarını pozma maddəsi ilə cinayət işi açıb. Hazırda hadisə yerində istintaq qrupu işləyir.
Mövsüm
Aznews.az