- Rusiya və İran
- 12:17
- 1 057
İran ABŞ ilə danışıqların yeni raundu üçün təklif alıb

İran, İranın nüvə proqramı ətrafında yaranmış böhranın həllinə dair ABŞ ilə danışıqların yeni, beşinci raundunun vaxtı və yeri ilə bağlı təklif alıb.
Bunu İslam Respublikası xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.
"Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu üçün təklif almışıq, bu təklif hazırda nəzərdən keçirilir", - Qəribabadi bildirib.
Nazir müavini təklifin təfərrüatlarını açıqlamayıb.
Mövsüm
Aznews.az