- Rusiya və İran
- 18:27
- 862
İSNA: ABŞ-nin səhvləri Vyetnam və Əfqanıstanın taleyinin təkrarlanmasına səbəb olacaq

İran ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə səhvlərə yol verəcəyi təqdirdə ABŞ-dən qisas alacağı ilə hədələyib.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı İSNA agentliyində yayımladığı bəyanatda bildirib.
“ABŞ-nin regionda hər hansı səhvi Vyetnam və Əfqanıstanla eyni aqibətə gətirib çıxaracaq”, - bəyanatda deyilir.
Bundan əlavə, İslam Respublikasının Baş Qərargahı Trampı İranda vəziyyəti sabitləşdirmək məqsədi ilə dost ölkələri qızışdırmaqda ittiham edib. Bəyanatda İran xalqının hər zaman cəsurluğu və qorxmazlığı ilə seçildiyi ölkənin tarixi də xatırladılıb.
Mövsüm
Aznews.az