İranda etirazlarda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürülüb

İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.

Aznews.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Məşhəd şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinin 7 əməkdaşını öldürüb.

Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.

AzNews.az