- Rusiya və İran
- 16:50
- 1 103
Abbas Əraqçi: İngiltərə İranın daxili işlərinə qarışmamalıdır
İranda baş qaldıran hökumət əleyhinə etirazlar dünyanın müxtəlif ölkələrində dəstək qazanıb.
Böyük Britaniyanın paytaxtı London şəhərində İrandakı etirazlara dəstək məqsədilə keçirilən aksiya zamanı İranın Böyük Britaniyadakı səfirliyinin bayrağı endirilmişdi.
Bu hadisədən sonra İranın xarici işlər naziri Abbas Əraqçi ilə Böyük Britaniyanın daxili işlər naziri Yvette Kuper arasında dünən axşam telefon danışığı baş tutub.
Görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edən Əraqçi bildirib ki, Böyük Britaniya beynəlxalq öhdəliklərinə uyğun olaraq İranın Londondakı səfirliyi və konsulluğunun təhlükəsizliyini təmin etməlidir.
İngiltərə tərəfini xəbərdar edən Əraqçi qeyd edib:
“Əgər Böyük Britaniya diplomatik missiyaların qorunması vəzifəsini yerinə yetirə bilməzsə, İranın öz heyətini təxliyə etməyi nəzərdən keçirməkdən başqa seçimi qalmayacaq.”
Əraqçi London rəhbərliyini İranın daxili işlərinə müdaxilə etməkdə ittiham edərək bildirib:
“İngiltərəni, xəbər qurumu adı altında fəaliyyət göstərən İsrail dəstəkli terrorçulara qarşı tədbir görməkdən yayınmaq da daxil olmaqla, İranın daxili işlərinə müdaxilədən çəkinməyə çağırdım. Ofcom-un zorakılığa təhrik və terrorizmin tərənnümü ilə bağlı açıq qayda və tənzimləmələri mövcuddur. İngiltərə hökuməti öz daxili qanunvericiliyinin icrasını təmin etmək üçün hərəkətə keçməlidir.”
Mövsüm,
AzNews.az