- Rusiya və İran
- 12:42
- 905
İranda etiraz aksiyalarının üç iştirakçısı edam edilib
İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iştirak etmiş üç nəfər polis əməkdaşlarını öldürməkdə təqsirli bilinərək edam edilib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxslər bütün məhkəmə prosedurlarından sonra barələrində çıxarılan hökm əsasında dar ağacından asılaraq edam olunublar. Onlar İran polisinin iki əməkdaşının qətlində iştirakda günahlandırılırdı.
İstintaqın məlumatına əsasən, hadisə zamanı etirazçılar soyuq silahlardan, o cümlədən atılan bıçaq və maçetelərdən istifadə ediblər.
Bildirilir ki, onların əməlləri “düşmən dövlətlərin maraqlarına xidmət edən fəaliyyət” və dövlət təhlükəsizliyini pozmaq məqsədilə zorakılığa təhrik kimi qiymətləndirilib.
Mövsüm,
AzNews.az