- Rusiya və İran
- 11:19
- 727
İran Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətləri açıqladı
İran Beynəlxalq Dəniz Təşkilatına bəyanat ünvanlayıb.
Bu barədə Mehr agentliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, düşmən dövlətlərə məxsus gəmilər istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.