Qalibaf regionu enerji infrastrukturuna zərbə endirməklə hədələdi

Əgər İranın infrastrukturuna hücum edilsə, regiondakı enerji və yanacaq infrastrukturu obyektləri Tehranın hədəfinə çevriləcək.

Aznews.az xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf "X" sosial şəbəkəsində bildirib.

"Ölkəmizin elektrik stansiyalarına və infrastrukturuna zərbələrdən dərhal sonra bölgədəki vacib enerji və yanacaq infrastrukturu obyektləri qanuni hədəflər hesab ediləcək", - o yazıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, bunun nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.