- Rusiya və İran
- 17:07
- 2 148
İran Trampın açıqlamasını təkzib edib: Danışıqlar aparılmayıb, aparılmır
Tramp İrana qarşı kritik infrastruktur obyektlərinə hücum planlarından, İranın hərbi təhdidlərinin real və ciddi xarakter alması səbəbindən imtina edib.
Bu barədə “Tasnim” xəbər agentliyi İranın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə əsasən bildirib.
Qeyd edilib ki, ABŞ daxilində və Qərbdə maliyyə bazarlarının təzyiqi, həmçinin istiqraz bazarına yönəlmiş risklər də bu geri addımda mühüm rol oynayıb.
Bildirilib ki, heç bir danışıqlar aparılmayıb və hazırda da aparılmır.