Əgər hərtərəfli atəşkəs əldə olunarsa, Netanyahu həbsxanaya düşəcək - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Binyamin Netanyahunun yenidən məhkəməyə verilməsi ilə bağlı şərh verib.

Netanyahunun korrupsiya məhkəməsinin bazar günü yenidən başlayacağına toxunan Əraqçi bunları bildirib:

Livan da daxil olmaqla, bölgədə hərtərəfli atəşkəs onun həbsini sürətləndirə bilər. Əgər ABŞ Netanyahunun diplomatiyanı aradan qaldırmasına və beləliklə, öz iqtisadiyyatını çökdürməsinə icazə vermək istəyirsə, bu, onun öz seçimidir. Biz bunu axmaqlıq hesab edirik, amma buna hazırıq.

İsrail mətbuatında yer alan xəbərlərə görə, İranla müharibə səbəbindən həftələrdir fövqəladə məhdudiyyətlər altında fəaliyyət göstərən İsrail məhkəmə sistemi müvəqqəti atəşkəsdən sonra normal fəaliyyətini bərpa edəcək və İsrail Baş naziri Netanyahunun korrupsiya məhkəməsi bazar günü yenidən başlayacaq.

Mövsüm

AzNews.az