- Rusiya və İran
- 11:52
- 1 663
İran Hörmüz üzərində daimi nəzarət mexanizmi tətbiq edəcək - Hərbi sözçü
ABŞ-nin İran gəmilərinə tətbiq etdiyi məhdudiyyətlər qanunsuzdur və “piratlıq” kimi qiymətləndirilir.
Bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı açıqlama verib və Vaşinqtonun boğazı bloklama təhdidlərindən sonra Tehranın Hörmüz Boğazı üzərində daimi nəzarət mexanizmi tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
Qərargahın sözçüsü bildirib ki, əgər İslam Respublikasının Fars körfəzi və Oman dənizindəki limanlarının təhlükəsizliyi təhdid olunarsa, bu bölgədə heç bir liman təhlükəsiz qalmayacaq.
O əlavə edib ki, müharibə başa çatdıqdan sonra İran Hörmüz Boğazına nəzarət üçün uzunmüddətli və sabit mexanizm tətbiq edəcək.
Mövsüm,
AzNews.az