- Rusiya və İran
- 14:00
- 881
Rəsmi Tehrandan Trampın Çinə səfərinə münasibət
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə münasibət bildirib.
Aznews.az xəbər verir ki, Bəqai bildirib ki, Çinə səfər ikitərəfli xarakter daşıyır və bu məsələ Pekinlə Vaşinqtona aiddir.
O qeyd edib ki, İran Çinlə strateji tərəfdaş kimi əlaqələrini davam etdirir və İran xarici işlər nazirinin Çinə son səfəri zamanı Tehranın mövqeyi Pekinə çatdırılıb.
Bəqainin sözlərinə görə, Çin İrana qarşı müharibənin təsadüf olmadığını, ABŞ-ın birtərəfli siyasətinin gücləndirilməsinə yönəlmiş qlobal prosesin bir hissəsi olduğunu anlayır.
“Çin üçün də Fars körfəzi və Qərbi Asiyada təhlükəsizlik ən azı bizim qədər önəmlidir”, - o vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çində səfərdə olacaq.