İranda 35 milyon insan su qıtlığı ilə üz-üzə qalıb

İranda təxminən 35 milyon insan su çatışmazlığı problemi yaşayır.

Bu barədə ölkənin su sənayesi üzrə sözçüsü İsa Bozorgzadə açıqlama verib.

O bildirib ki, su anbarlarındakı ehtiyatların müəyyən qədər yaxşılaşmasına baxmayaraq, suya qənaət tədbirləri hələ də vacib olaraq qalır.

İsa Bozorgzadə qeyd edib ki, Tehran, Qəzvin, Əlborz, Semnan, Qum, Yəzd, Mərkəzi və İsfahan daxil olmaqla 11 əyalətdə yağıntı normadan aşağı olub. Ən çox zərər görən bölgələrdən birinin isə Tehran olduğu vurğulanıb.

O əlavə edib ki, su idarəçiliyi lokal səviyyədə həyata keçirilməlidir, çünki bir əyalətdə güclü yağışların yağması digər böyük şəhərlərdəki su problemini həll etmir.

Mövsüm,

AzNews.az