Xalq artisti İlhamə Quliyeva hazırda həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın onun haqqındakı ittihamlarına cavab verib. Xalq artisti İlhamə Quliyeva hazırda həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın onun haqqındakı ittihamlarına cavab verib.

İlhamə Quliyevadan dəhşətli ittihamlara - Cavab

Xalq artisti İlhamə Quliyeva hazırda həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın onun haqqındakı ittihamlarına cavab verib.


O, AzNews.az-a açıqlamasında bildirib ki, M.Hüseynovanın məktubunda göstərilənlər hamısı cəfəngiyyatdır: "Faiq Ələkbərli, Elza Seyidcahan da sağdır, maraqlanıb, sorğu-sual etsinlər. Gülməli şeylərdir. Bunların hamısı məhkəmə öncəsi qurulan qondarmalardır. O, hazırda həbsdədir. Nə məktub? Getsin başını qoyub fikirləşsin ki, mən bu həyatda nə işlər tutmuşam? Mən bu həyatda kiməm? Nə olacağam? Nələr etdim? O, puç olub, yoxdur həyatda.

Bundan əlavə, həbsdə oturan adamın məktubunu nə yaxşı qəbul edirlər? Nə vaxtdan belə qayda-qanun çıxıb? Kim etdirir bunları? Həmin mətbu orqanın nə ixtiyarı var ki, onlardan məktub qəbul edirlər? Xeyir ola?".

İ.Quliyeva keçmiş köməkçisinin namusuna toxunulması ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Bütün ailə evin içində olub, kim onun namusuna toxunub? O, nə vaxtdan namuslu qadın olub? O, hansı namusdan danışır? Evlər yıxdığı namusdan? Kişilərin evlərini yıxdığı namusundan? Sən sürünürdün ey... Evimdə olan bütün adamların ayağından öpürdün ki, "məni bağışlayın, bu söhbət buradan çıxmasın". Sən Allahın canlı meyidisən".

Xalq artisti bildirib ki, məktubu çap edən mətbu orqandan ona zəng olunub və dəstəyi özü götürüb, bu barədə danışmaq istəmədiyini vurğulayıb: "Mənim heç kəsdən gizlin işim yoxdur, hamı məni tanıyır, heç kəsdən qorxacağım- çəkinəcəyim də yoxdur. O, indi türmədən məni tərifləyəcək? Mümkün deyil, çünki onun evi yıxılıb. O, tək məni deyil, bir neçə ailəni bədbəxt edib. Daş qayaya rast gəlib, elə bildi mən də başqalarıyam, amma mənə bata bilmədi. Qanun var, sözünü deyəcək".

Xatırladaq ki, Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi, Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynova "Yeni Müsavat"a məktub yollayıb. Məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır. Həmin yazını BURADAN oxuya bilərsiniz.

Qeyd edək ki, M.Hüseynova Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci - soyğunçuluğa cəhd maddəsi ilə həbs olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az