İlhamə Quliyeva Elzanı oğurluqda ittiham etdi

Xalq artisti İlhamə Quliyeva Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı oğurluqda ittiham edib.


AzNews.az xəbər verir ki, o, bu barədə APA-ya müsahibəsində bildirib. İ.Quliyeva E.Seyidcahanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynova ilə iş birliyi omasından danışıb: "Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban".

İ.Quliyeva bu məsələ ilə əlaqədar cütlüyün aralarında başqa söhbətlərin olduğunu da qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az