Türkiyənin məşhur ulduzları Bakıya gəlir - FOTO

Türkiyənin məşhur artistləri Bakıya gələcək.


AzNews.az xəbər verir ki, Nizami Kino Mərkəzindən ans press-ə verilən məlumata görə, Hürrəm Sultan kimi məşhurlaşan akrtisa Məryəm Üzərli Bakıya gələcək.

Özcan Dəniz rejissor olduğu filminin qala gecəsində iştirak edəcək. Aktyor martın 10-da baş tutacaq tədbirdə ekran işində baş rolu oynayan Şükrü Özyıldız da yer alacaq.

Məryəm Üzərlinin Bakıya səfərinin vaxtı dəqiqləşməyib. Aktrisanın səfəri mart ayının sonu planlaşdırılır. M. Üzərli Özcan Dəniz kimi yeni çəkildiyi filmin təqtimat mərasimində iştirak edəcəq.

Türkiyənin ulduz artistləri bir neçə dəfə Bakıda filmin qala gecəsində iştirak edib. Ötən həftə Burak Özçivit aktrisa Aslı Enverlə birlikdə "Kadeşim benim" filminin qala gecəsinə qatılıblar. Burak Özçivit Bakıda böyük izdihamla qarşılanıb.



Daha sonra "Kara Sevda" serialının ulduzu Burak Özçivit Bakı gəzintisinə çıxıb. O, Bayraq meydanından şəklini "İnstagram" səhifəsində izləyiciləri ilə paylaşıb: "Bakı, bayraq meydanından hamınıza salam olsun, qardaş millət" yazıb.