Əli Mirəliyev dodaqlarını şişirdənləri təhqir etdi, Sərxan qəzəbləndi - Qalmaqal

Müğənni Əli Mirəliyev mətbuata müsahibəsində vətənpərvərlik mövzusu ilə bağlı sualları cavablandırarkən şou-biznes nümayəndələrindən bəziləri haqda ittihamlar səsləndirib.


O bildirib ki, qulağına sırğa taxan, dodaqlarını şişirdən, burnunu kəsdirən, üzünü dartdıranlar vətən haqqında mahnı oxuya bilməzlər: "Bu adamlar özlərini qıza bənzədir. Artıq o, özünü qadın hiss edir. O insanın ki, məqsədi müğənni olub, pul qazanıb villa almaqdır, bahalı maşın sürməkdir, onun üçün vətənpərvərlik ikinci sırada dayanır. Gic-gic mahnılar oxuyandan hansı vətənpərlik gözləyirsiniz?!"

Ə.Mirəliyev qeyd edib ki, müharibə olarsa, ilk döyüşə gedənlərdən biri olacaq: "Mən getməsəm, şou-biznesdəki alçaqlar dalımca gəlməyəcəklər".

AzNews.az xəbər verir ki, aktyor, rejissor Sərxan Kərəmoğlu Ə.Mirəliyevin itihamlarından qəzəblənib. O, Mirəliyevin ünvanına aşağılayıcı ifadələr işlədib: "Elə başa düşürəm ki, erməni itin gülləsi belə artıq olar sənin üçün. Əgər sən bu xalqı müdafiə etmək üçün getsən, deməli, hər an erməni gülləsinə tuş gələ bilərsən və bu sənə şərəf gətirər. Sən isə bu şərəfə belə layiq deyilsən. Çünki sən öz xalqının övladlarına çirkin sözlər yağdırmaqdan başqa bu həyatda heç nə bilmirsən. Sən bilməlisən ki, bu şou- biznesdəki kişilərin evindəki ən zəif xanımlarda olan cəsarət səndə yoxdur. Sən özünü həkimə göstər. Ailəndə olanlar da bu cür müraciətlərinə və münasibətlərinə görə bir ölçü göturməlidirlər".

S.Kərəmoğlu şou-biznes əhlinə mesaj da ünvanlayıb: "Nə dilinizi udmusunuz? Verin də bunun kimilərinin cavabını. Sabah da bu əlinə nəyisə alıb düşəcək canınıza".

Bahar RÜSTƏMLİ
AzNews.az