- Köhnə - Şou-biznes
- 20 Noyabr 2012 12:02
- 4 445
Rep ifaçısı Uran ANS-i təhqir etdi – QALMAQAL
![](https://www.aznews.az/storage/photos/uran.jpg)
"Dünən çəkilişində iştirak üçün dəvət edildiyim ANS-in "Şoumən" verilişində yenə də eyni sualı və mövzunu eşitdim... Repdə söyüş! Yəqin reperlər "Rolls Royes"də verilişlərə gələndə və hər qonaq olduqları verilişdən qonorar alanda, bu kiflənmiş, parafin düşüncəli və aftafa səviyyəli suallara son qoyulacaq. Alə, kim olmusunuz!"
"Şoumən" verilişin aparıcısı Vüsalə Şahvəliqızıyla əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. Aparıcı AzNews.az-a açıqlamasında bildirdi ki, Uran verilişdə qonaq olan zaman replə bağlı müxtəlif mövzuda söhbət olub:
"Urana repdə söyüş mövzusuyla bağlı da sual verdik. O da cavablandırdı. Amma Uranın diqqətinə onu da çatdırdıq ki, Azərbaycanda repdə söyüşün olması birmənalı qarşılanılmır. Xarici reperlərin əksəriyyətinin mahnılarında söyüş olduğu halda, biz də isə söyüş qəbuledilməzdir. Uranın "facebook"da yazdığı fikirləri onun mədəniyyətinin göstəricisidir. Mən ona zəng edib sözümü deyəcəyəm".
Fuad Mədətov
AzNews.az