Nuridə Küskün İbrahim Tatlısəsin Bakını tərk etməsindən xəbərsizdir

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs kosmoenerget, ektrasens Nuridə Küskünün müalicə prosesini qəfil dayandırıb.

İbrahim Tatlısəsin müalicəni yarımçıq qoymasının səbəblərini öyrənmək üçün Nuridə Küskünlə əlaqə saxladıq.

Ekstrasensin köməkçisi Azər AzNews.az-a açıqlamasında İbrahim Tatlısəsin Türkiyəyə getməsindən xəbərsiz olduğunu söylədi: "İbrahim Tatlısəs Bakıdadır. Dünən axşam da müalicə almışdı, bu gün də müalicəni davam etdirəcək. Hərə bir söz danışır. Saat 14:00-dan sonra Nuridə xanımla əlaqə saxlayıb, ətraflı məlumat öyrənə bilərsiniz".

Qeyd edək ki, İbrahim Tatlısəs bu gün səhər saat 10:00-da Bakı-İstanbul hava reysiylə Türkiyəyə yola düşüb.

Fuad Mədətov
AzNews.az