- Köhnə - Şou-biznes
- 8 Noyabr 2016 16:05
- 5 438
Rihanna məşhur filmin çəkilişində - Fotolar

Nyu-Yorkda yeni kriminal komediyanın çəkilişləri tam sürətlə davam edir.
"Ouşenin səkkiz rəfiqəsi" adlı filmdə müğənni Rihanna da rol alır. O, filmdə baş qəhrəmanı canlandıran Sandra Ballakın rəfiqələrindən biri olacaq.
"Ouşenin səkkiz rəfiqəsi" öz ulduz heyəti ilə də öyünə bilər. Belə ki, filmdə Rihanna ilə yanaşı Sandra Ballak, Keyt Blanşett, Enn Heteuey, Sara Polson, Helena Bonem Karter kimi dünya şöhrətli ulduzlar rol alır.
Filmin 2018-ci il iyunun 8-də premyerası olacağı gözlənilir.



