2016-cı ilin ən yaxşı gözəl cütlükləri seçilib. 2016-cı ilin ən yaxşı gözəl cütlükləri seçilib.

2016-cı ilin nəticələri: İlin cütlüyü

2016-cı ilin ən yaxşı gözəl cütlükləri seçilib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ən yaxşı məşhur cütlük statusuna İrina Shayk və Bradley Cooper layiq görülüb. Sıralamada ikinci yeri Kim Kardashian və Kanye West cütlüyü tutub. Üçlüyü Gigi Hadid və Zayn Malik cütlüyü tamamlayıb.

Məşhur cütlüklərin ilk beşliyinə həmçinin Ryan Reynolds - Blake Lively və Sofia Vergara - Joe Manganiello daxil olub.

İrina Shayk - Bradley Cooper


Supermodel İrina Shayk və aktyor Bradley Cooper bir ildən artıqdır ki, görüşürlər. Şayiələrə görə, cütlük münasibətlərində daha bir ciddi addıma – evliliyə hazırlaşır. Toy mərasimi üçün başqa bir səbəb isə İrina Shaykin "Victorias Secret" nümayişində kifayət qədər böyüyən qarnını göstərməsi olub.





Ryan Reynolds - Blake Lively


Rayn Reynolds və Blake Lively cütlüyünün evliliyi bu il daha da möhkəmlənib. Oktyabrda cütlük ailə üzvlərinin artması barədə şad xəbər verib. İndi Rayn və Blake artıq 2 qızlarını böyüdürlər. Rayn gənc ata vəzifəsinin öhdəsindən o qədər yaxşı gəlir ki, bir neçə ay əvvəl "People" jurnalı Reynoldsu 2016-cı ilin "ən seksual ata"sı adlandırıb.





Sofia Vergara - Joe Manganiello


2015-ci ildə ailə quran Sofia Vergara və Joe Manganiello xəbər başlıqlarından uzaq sakit həyatlarını yaşayırlar. Hansısa xəbərdə adları çəkildikdə isə, burada yalnız onların xoşbəxt evliliyindən söhbət gedir. Bu isə şou-biznes aləmi üçün kifayət qədər nadir hadisədir.





Kim Kardashian - Kanye West


Kim Kardashian və Kanye West cütlüyü istənilən hadisədə bir-birlərini dəstəkləmələri ilə gündəmə gəlirlər. Kim Kanye ilə Taylor arasındakı münaqişəyə dərhal müdaxilə etdi. Kanye də öz növbəsində bütün müsahibələrində Kimin ünvanına komplimentlər yağdırması ilə seçilir. Parisdəki məşhur oğurluq hadisəsindən sonra da Kanye Kimi dəstəkləmişdi.





Gigi Hadid - Zayn Malik


Model Gigi Hadid və müğənni Zayn Malik bir ildən az müddətdir ki görüşürlər. Lakin onların münasibətini parlaq adlandırmaq olar: gənc ulduzlar birlikdə romantik fotosessiyalara və kliplərə çəkilir, birgə dincəlirlər. Görünən odur ki, onlar bir-birinlərindən heç yorulmurlar.




AzNews.az