Məşhur müğənni “Nigaranam” mahnısını təqdim edəcək Məşhur müğənni “Nigaranam” mahnısını təqdim edəcək

Tarkanın Azərbaycan səfərinin vaxtı dəqiqləşdi

Məşhur müğənni “Nigaranam” mahnısını təqdim edəcək




Türkiyənin məşhur müğənnisi Tarkanın Azərbaycana səfərinin dəqiq vaxtı məlum olub.

Müğənninin konsertinin təşkilatçısı Nahid Emiloğlu AzNews.az-a açıqlamsında deyib ki, Tarkan fevralın 22-də Bakıda Heydər Əliyev Sarayında və fevralın 24-də də Qəbələdə konsert proqramıyla çıxış edəcək.

Qeyd edək ki, konsert zamanı Tarkan sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan "Nigaranam" mahnısını və sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan mahnıları təqdim edəcək.

Xatırladaq ki, dekabr ayında Azərbaycana gəlməsi gözlənilən məşhur müğənninin ölkəmizə səfəri yanvar ayında baş tutacaqdı. Amma yaradıcılıq işlərilə bağlı Tarkanın Azərbaycan səfəri təxirə salındı.
Fuad Mədətov
AzNews.az