- Köhnə - Şou-biznes
- 9 Fevral 2017 22:35
- 10 621
İlin ən gözlənilən filminin bu səhnəsi üçün 1 milyon dollar xərclədilər - Foto
Dünyaca məşhur ulduzların iştirakı ilə çəkilən “Ouşenin 8 rəfiqəsi” filmində nüfuzlu Met Gala tədbirini canlandırmaq üçün çox böyük məbləğdə pul sərf olunub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin yaradıcıları məşhur moda şousu - Met Gala tədbirini yenidən yaratmaq üçün Metropolitan muzeyinə bir milyon dollar pul ödəyiblər.
Qeyd edək ki, “Ouşenin 8 rəfiqəsi” filminə Enn Xeteuey, Sandra Bullok, Sara Polson, Helena Bonem Karter, Keyt Blanşett kimi məşhur aktrisalar dəvət olunub. Həmçinin filmdə, Rihannanı da görə biləcəyik.
Filmin 2018-ci ilin yayında təqdim ediləcəyi gözlənilir.




