- Köhnə - Şou-biznes
- 3 Aprel 2017 11:49
- 52 012
Rəqqasəyə ad günündə 100 minlik maşın hədiyyə olundu: “O, mənim oğlumun atasıdır” + Video
Rəqqasə Fatimə Fətəliyevaya 100 minlik maşın hədiyyə olunub.
Fatimə Fətəliyeva AzNews.az-a açıqlamasında özünü çox xoşbəxt qadın adlandırıb:
Bu çox xırda işlərdir. Belə şeyləri yazmaq lazım deyil. Bilsəydim ki, onu mətbuat xəbər edəcək, mən o şəkili sosial şəbəkədə paylaşmazdım. O, mənim oğlumun atasıdır. Çox xoşbəxt bir qadın, anayam ki, bu yaşda ərim tərəfindən mənə belə hədiyyə olunub.
Fatimə Fətəliyeva həyat yoldaşına təşəkkür edib:
Sağ olsun, mənə belə dəyər verib. Əlbəttə ki, o, mənə belə dəyər verməlidir, çünkü mən onun oğlunun anasıyam.
Bahar RÜSTƏMLİ
AzNews.az
