Azad İsayev müğənnilərlə iş birliyinə son qoyub Azad İsayev müğənnilərlə iş birliyinə son qoyub

Aygün və Röya ilə adı hallanan iş adamının ailəsində problem yaranıb

Azad İsayev müğənnilərlə iş birliyinə son qoyub



Türkiyədə yaşayan azərbaycanlı şair və iş adamı Azad İsayev artıq uzun müddətdir şou-biznesdən tamamilə ayrıldığını açıqlayıb. O, AzNews.az-a bildirib ki, bütün yerli müğənnilər ilə əməkdaşlığa son qoyaraq, heç kimlə iş birliyi qurmaq fikrində deyil: "Şou-biznes mənim üçün ciddi sahə olmayıb. Bura hobbi kimi yanaşmışam. Çünki bu sahənin bəzi şəxsləri xarakterlərində olduğu kimi, işlərində də ciddi deyillər. Uzun müddətdir ki, şou-biznesdən tamamilə ayrılmışam və ailəmlə birgə Türkiyəyə köçmüşəm. Türkiyədə şirkətimin işlərini idarə edirəm. Başım da bura qarışıb".

A.İsayev onu da qeyd edib ki, şou-bizneslə bağlı ailəsində problemlər yaşayıb: "Ailəmdə yaranan xoşagəlməz halların qarşısını almaq üçün müğənnilərlə iş birliyimi tamam dayandırdım. Mənim üçün ən əziz həyat yoldaşım və qızımdır. Bütün varlığımla onlar üçün yaşayıram. Onların xoşbəxt olması üçün nə lazım olarsa, həyata keçirməyə çalışıram. Allah bütün ailələri xoşbəxt etsin!"

Fuad Mədətov
AzNews.az