Xalq artisti, muğam ifaçısı Aygün Bayramovanın toyunda maraqlı anlar yaşanıb. Xalq artisti, muğam ifaçısı Aygün Bayramovanın toyunda maraqlı anlar yaşanıb.

Xalq artisti öz toyunda oxudu- VİDEO

Xalq artisti, muğam ifaçısı Aygün Bayramovanın toyunda maraqlı anlar yaşanıb.

AzNews.az xəbər verir ki, sənətkar ailə qurduğu Fəraməz Gərmrudi ilə eyni səhnəni bölüşüb. Aygün Bayramovanın həyat yoldaşının müşayiəti altında ifa etdiyi “Getmə-getmə” mahnısı diqqət çəkib. İfanın sonunda isə bəy gəlin hamının gözü qarsısında öpüşüb.

Xalq artisti Aygün Bayramova 49 yaşında ailə qurub. Onun həyat yoldaşı Fəraməz Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir.

Bahar RÜSTƏMLİ

AzNews.az