"Mənim əlim doğurdan da uğurludu. Abbas özü də deyir ki, mən sizin mahnıları oxuduqdan sonra uğurlu oldu" "Mənim əlim doğurdan da uğurludu. Abbas özü də deyir ki, mən sizin mahnıları oxuduqdan sonra uğurlu oldu"

Tanınmış bəstəkar mahnılarını Abbas Bağırovdan geri alır

"Mənim əlim doğurdan da uğurludu. Abbas özü də deyir ki, mən sizin mahnıları oxuduqdan sonra uğurlu oldu"

AzNews.az bildirir ki, bu sözləri tanınmış bəstəkar, bir çox hit mahnıların müəllifi İmruzə Hüseynova ARB TV-nin "Günə son" proqramına qonaq olarkən deyib.

"Abbasın mənə bağışladığı gül dəstələrini heç kəs mənə bağışlamayıb. Hətda onun gül-çiçək dəstələri qapıdan belə keçmir. Mən doğurdan Abbası çox istəyirəm, o da məni çox istəyir. Mənim mahnılarımdan sonra o özü də deyib ki, efirləri, toyları artıb. Amma nə üçünsə efirə çıxanda öz mahnılarını oxuyur, mənim mahnılarımı oxumur. Mən də bu gündən sonra həmin mahnıları başqa müğənnilərin ifasında, öz ifamda səsləndirəcəm. Abbas mənim oğlanlarımla dost idi. Ailəmin bir üzvü kimi idi. Aylarla bağda bir yerdə yaşamışıq. Mahnıları pulla verəndə daha çox piar edirlər, qədrini bilirlər. Vaxtında o mahnıları məndən istəyən çox olub, amma mən abbasa vermişəm.