“80% adamlar mənim ifamı, janrımı anlaya bilmir”. “80% adamlar mənim ifamı, janrımı anlaya bilmir”.

Əməkdar artistdən xalqa Yeni il “təbriki”: “Adamlar “tupoy”laşıblar”

“80% adamlar mənim ifamı, janrımı anlaya bilmir”.

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, tanınmış cazmen Cavan Zeynallı bildirib. O, bunun səbəbini sosial şəbəkənin genişlənməsi ilə izah edib:

“Mən həmişə adamların arasında oluram. Onların fikirlərini eşidirəm. Dəqiq bilirəm ki, adamlar “tupoy”laşıblar. Nəyə görə? Ona görə ki, internet, sosial şəbəkə çoxdur. Adamlar dəli olub, bilmirlər nə desinlər, nə etsinlər? Başlarını itirirlər. Ona görə də adam danışmağa qorxur. Yaşlı adamam, oxuyuram, royalda çalıram, xalqın sevimlisiyəm. Görürəm ki, adamların 80%-i məni başa düşmür. Nə musiqini, nə də royalı. Musiqidən uzaqlaşıblar”.

Cavan Zeynallı bütün kanallardan ona dəvət gəldiyini deyib: “Bu qədər də bəsimdir. Amma restoranlarda adamlar var ki, oranı tutublar. Həmişə orada olurlar, mən yaşlı adamam, onların arasına niyə girişim? Həyatda heç vaxt girişmək sözünü qəbul etməmişəm. Mən namuslu adamam, səviyyəmi bilirəm. Cavanlar harada pul var, ora girişir. Dövlət də sağ olsun, sənətimlə əməyimə dəyər verib”.

Bahar RÜSTƏMLİ
AzNews.az