- Köhnə - Şou-biznes
- 9 Yanvar 2018 15:55
- 26 455
35 kq çəki itirən Aşıq Əli mediaya əsəbiləşdi: “Bezmişəm...”
Aşıq Əlinin sosial şəbəkədə paylaşdığı şəkilləri müzakirəyə səbəb olub.
AzNews.az xəbər verir ki, sənətçi "instagram" hesabında şəklini paylaşıb. Şəkili görənlər Aşıq Əlini tanımayıblar. İzləyicilər aşığın qəfil arıqlaması və xeyli çəki itirməsini mədəkiçiltmə əməliyyatı keçirməsi ilə əlaqələndirirlər.
Aşıq Əli AzNews.az-a açıqlamasında izləyicilərə və mediaya səslənib: “Dünəndən zənglərin ardı-arası kəsilmir. Bezmişəm. Jurnalistlər mənim sənətimdə yaxşı mənada nəsə axtarsınlar, yaradıcılığımla maraqlansınlar. Nə əməliyyat? Mən heç bir əməliyyat etməmişəm. Jurnalistlər üçün hər dəqiqə çənəmi yorası deyiləm”.
Qeyd edək ki, Aşıq Əli ARB TV-nin "Günə Son" proqramında, paylaşdığı şəkillə bağlı açıqlama verərkən 35 kiloqram arıqladığını deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az