- Köhnə - Şou-biznes
- 10 Yanvar 2018 16:48
- 14 152
Rəqqasə qayınanasını məhkəməyə verir - “Arada oğlu var deyə...”
Rəqassə-müğənni Sevda Sanəliyeva qayınanasını məhkəməyə verir.
Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sevda Sanəliyeva bu günə kimi qayınanasının təhqirlərinə ərinə görə dözdüyünü qeyd edib:
“Onun hədə-qorxu gəldiyinə görə həm polisə, həm də məhkəməyə verərdim. Amma arada oğlu var deyə dözürdüm. İndi isə dözməmək qərarına gəlmişəm. Hədə-qorxuların, təhqirlərin ardı kəsilməsə, məhkəməyə baş vuracam”.
Qeyd edək ki, rəqqasə Sevda Sanəliyevanın qayınanası gəlinin haqqında təhqiredici ifadələr işlədib, rəqqasənin uşaqlarının guya İlkin adlı şəxsdən olduğunu iddia edib.
Bahar RÜSTƏMLİ
AzNews.az