Amerikalı müğənni Ledi Qaqa "şiddətli ağrı" səbəbiylə Avropa turunun son 10 konsertini ləğv edib. Amerikalı müğənni Ledi Qaqa "şiddətli ağrı" səbəbiylə Avropa turunun son 10 konsertini ləğv edib.

Pop ulduz konsertlərini təxirə saldı - Şiddətli ağrıları var

Amerikalı müğənni Ledi Qaqa "şiddətli ağrı" səbəbiylə Avropa turunun son 10 konsertini ləğv edib.

AzNews.az xəbər verir ki, turun təşkilatçısı bununla bağlı bəyanat yayıb. Pop ulduzun fiziki olaraq canlı bir konsertdə çıxış etmək imkanının olmadığı bildirilib. "Dünən gecə Ledi Qaqa həkimlər ilə sağlamlığını müzakirə etdi və konserti ləğv etmək üçün çətin bir qərar verdi" deyə bəyanatda bildirilib.

Ledi Qaqa özü də Twitter hsabından pərəstişkarlarından bunun üçün üzr istəyib və bu vəziyyətdən kədərləndiyini bildirib, lakin sağlamlığının təcili olaraq yaxşılaşması üçün lazım olduğunu yazıb.