Xalq artisti Nazpəri Dostəliyeva mərhum müğənni İlhamə Quliyevanın xatirəsinə hörmətsizlik edib. Xalq artisti Nazpəri Dostəliyeva mərhum müğənni İlhamə Quliyevanın xatirəsinə hörmətsizlik edib.

Nazpəridən İlhamənin xatirəsinə hörmətsizlik - “Səni də onun yanına...” - Video

Xalq artisti Nazpəri Dostəliyeva mərhum müğənni İlhamə Quliyevanın xatirəsinə hörmətsizlik edib.

AzNews.az xəbər verir ki, hadisə aparıcı Sərxan Kərəmoğlunun verilişində baş verib. Nazpəri Dostəliyevanın qonaq olduğu verilişdə S. Kərəmoğlu müğənni Nadir Qafarzadənin bir neçə gün öncə İlhamə Quliyevanın ünvanına işlətdiyi qalmaqala səbəb olmuş ifadələri yada salıb: “Mənim ilk və son taclı sənətkarım. Sən dahisən... yerin görünür” - deyə bildirib. Bu zaman aparıcı “hardadır onun yeri” deyəndə Nazpəri Dostəliyevanın şaqqanaq səsləri zalı bürüyüb.

“Mən sənin həyat yoldaşını bacım, balalarını balam kimi istəyirəm. Bunlar olmasaydı, deyərdim ki, səni elə onun yanına yanaşasan. Ə, gic-gic bu nədi yazmısan” - deyə aparıcı da Nazpəri Dostəliyevaya qoşularaq gülüb.

İzləyicilər isə hər iki sənətçini bu addımına görə təhqir edərək rəhmətə gedən insanın ardınca danışmaqda ittiham ediblər.

Xatırladaq ki, bir neçə gün öncə “Hər şey daxil” verilişininin aparıcısı Tarix Əliyev (Tolik) xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyub. Onun bu hərəkəti müğənni Nadir Qafarzadəni özündən çıxarıb. O, sosial şəbəkədə mərhum xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq onun altında “Mənim ilk və son taclı sənətkarım” şərhini yazıb.

Bahar RÜSTƏMLİ
AzNews.az