- Köhnə - Şou-biznes
- 24 Mart 2013 21:50
- 1 884
O, çox iddialı danışdı

Türk kinosunun sultanı Türkan Şoray, olduqca iddialı danışıb: ' Bu il mənim ilim olacaq. 3 kino və bir dizi film ilə gəlirəm '
Üç kino və bir dizi film proyektini həyata keçirəcəyini ifadə edən aktrisa, bu günə qədər detallarını saxladığı layihələr haqqında ilk dəfə söz açıb.
O, yazıçı Osman Şahinin ssenarisini yazdığı `Mor Cepken` adlı filmdə ilk dəfə rejissor kreslosuna oturacağını ifadə edərkən, rejissor Kutlug Atamanın rəhbərlik edəcəyi filmdə isə iki uşaqlı bir ananı canlandıracağını söyləyib. Aktrisa üçüncü kino layihəsinin ssenarisini isə Səlim İlerin yazdığını bildirib. Məşhur aktrisa ssenarisini özünün yazdığı `Möhürlü ürək " adlı dizi filmini ərsəyə gəlməsi üçün də bu aralar çox çalışdığını əlavə edib.
Xəyalə Məmmədova
AzNews.az