Tatlısəs qızı olduğu iddia edilən Dilana soyadını verəcək


Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs qızı olduğu iddia edilən Dilan Çatıka soyadını verəcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, İ.Tatlısəs Dilan Çatıkın anası İşıl Kundakçının açıqlamalarına nəhayət ki, cavab verib. İ.Kundakçı qızı Dilanın atasnın İbrahim Tatlısəs olduğunu iddia edib və belə bir iddianı pul almaq üçün ortaya atdığı xəbərlərini təkzib edib: "Mən heç kimdən pul dilənmədim, sadəcə İbrahimin qızıma soyadını verməsini istədim. Həyat yoldaşım Cem öləndə və mən 3 uşaqla süründüyümdə də bunu dilə gətirmədim, bundan istifadə etmədim. Dilan İbrahimin qızıdır. Hətta İbrahim vurulduğunda da başı alovlu xəstəxanaya qaçmışdı. Çünki damarlarında İbrahımın qanı axır".

Mətbuatın xəbərinə görə, İbrahım Tatlısəs nəhayət ki, İşıl Kundakçınını açıqlamalarına reaksiya verib. Onun Dilanın anasına "Həyat yoldaşım yaxın zamanlarda uşaq dünyaya gətirəcək. Bu doğum bitsin, Dilana soyadımı verəcəyəm" deyə mesaj göndərdiyi vurğulanır.

Aysel
AzNews.az