Müğənni Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsi barədə yayılan xəbərə münasibət bildirib. Müğənni Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsi barədə yayılan xəbərə münasibət bildirib.

Hadisə anası ilə bağlı yayılan xəbərlərdən danışdı

Müğənni Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsi barədə yayılan xəbərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi “İki sayfa” proqramına telefonla bağlananaraq onu tənqid edən modelyer Nur Yerlitaşa da sərt cavab verib:

“Ana- bu sözün böyüklüyünü, mənasını həmişə dilə gətirmişəm. Bir neçə həftə bundan əvvəl anamla bağlı kədərli bir hadisə yaşadıq. Mən özəl həyatımı cəmi bir dəfə gördüyüm insanlar maqazin proqramlarında müzakirə edir. Bunun mənası nədir? Sizin nə həddinizə ki, verilişə bağlanaraq məni özəl həyatımdan danışırsız? Bu haqqı sizə kim verib? Mənim bütün həyatımı canlı efirdə müzakirə etdiyiniz üçün məndən üzr istəməlisiz.

Kədərli haldayıq, efirə bağlanıb deyir ki, həkim tövsiyə etmişəm, mənə təşəkkür etmədiz. Ana mövzusunda bu qədər həssas biridirsə, mənim anam haqqında niyə belə rahat danışır? Mən bunlara göz yuma bilmərəm, sizə imkan yaratmaram. Anamın vəziyyəti yaxşıdır, mənim üçün önəmli olan budur. Biz də ailəvi olaraq bu məsələdən güclü olaraq çıxacağıq”.

Qeyd edək ki, N. Yerlitaş canlı yayımda Hadisənin anasının özünü öldürmək istədiyini, onlara həkim tövsiyə etdiyini bildirmişdi: “Onlara həkim tövsiyə etdim, amma mənə təşəkkür belə etmədilər. Sizə ayıb olsun”.

AzNews.az