Röyadan Elnarəyə tikanlı sözlər: “Son söz mənimdir”

Əməkdar artist Röya Ayxan “Mənə sevgindən bəhs et” mahnısı ətrafında yaranan söz-söhbətə son qoyub.

Müğənninin prödüseri Kənan Bayramov AzNews.az-a açıqlamasında bildirib ki, “Mənə sevgindən bəhs et” mahnısını Röyanın repertuarındadır:

“Son söz Röyanındı. Röya bu mahnını repertuarına əlavə edib və sevə-sevə də oxuyur. Röyanın yerinə heç kəs qərar verə bilməz. Kim nə istəyir desin, önümüzə çıxa bilmirlərsə, arxamızca danışmasınlar.

Qeyd edək ki, müğənni Röyanın sözləri və musiqisi zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısı ətrafında qalmaqal yaranıb. Müğənni Elnarə Xəlilova və bəstəkar Muxtar Abseynov sözü gedən mahnını plagiat adlandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az