- Köhnə - Şou-biznes
- 16 Avqust 2018 16:00
- 6 394
Elza çiyinlərdə gəzəcək - Seyidcahan yeni layihədə
Üzərində bəstəkar-müğənni Elza Seyidcahanın şəkli olan əl çantası istehsal olunub.
Çantanın qiyməti açıq açıqlanmayıb. Satışı isə internet üzərindən sifarişlə həyata keçirilir.
Əməkdar artist Elza Seyidcahan AzNews.az-a açıqlamasında çantanın sifarişçilərinin sayının çox olduğunu qeyd edib:
“Bu layihədir, böyük yaradıcı heyət tərəfindən ərsəyə gəlib. Çanta barmaq sayı qədərdir. Sentyabrda bu məsələyə aydınlıq gətiriləcək. Gələcəkdə çantanın istehalı nəzərdə tutulub və hazırda satışa çıxarılıb. Satışdan əldə olunan maliyyə vəsaiti xeyriyyə işlərinə sərf olunacaq”.
Elza Seyidcahan çantanın dəriyə bənzər parçadan istehsal olunduğunu qeyd edib.
Bahar RÜSTƏMLİ
AzNews.az