Bir vaxtlar "Playboy" modeli olmuş Kristina Karlin-Kraftın yaşadığı evində cəsədi tapılıb. Bir vaxtlar "Playboy" modeli olmuş Kristina Karlin-Kraftın yaşadığı evində cəsədi tapılıb.

Modeli evində öldürdülər - İplə... (Foto)

Bir vaxtlar "Playboy" modeli olmuş Kristina Karlin-Kraftın yaşadığı evində cəsədi tapılıb.

AzNews.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində törədilib. Polislər 36 yaşlı modelin Ardmordakı mənzilinə gəlib və onun cəsədini aşkar ediblər.

Qeyd edilir ki, model avqustun 18-də evinin qarət edilməsi barədə polisə şikayət edib. Hələlik qarətlə bu hadisənin arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırılır.

Ekspertizanın nəticəsi göstərib ki, Kristinanı iplə boğub öldürüblər.

Image result for kristina carlin playboy

Qeyd edək ki, modelin 2 il əvvəl də bir cinayət işi ilə əlaqədar ittiham olunurdu. Meneceri ilə aralarında olan mübahisə polis məntəqəsinə qədər davam etmişdi.

Kristina "Playboy" jurnalından başqa MAC Cosmetics, Maxim and David Yurman üçün model kimi işləyib.

Murad Abdulla