Maykl Ceksonun ölümündən sonra işıq üzü görən albomda bir sıra mahnıların saxta olduğu iddia edilir. Maykl Ceksonun ölümündən sonra işıq üzü görən albomda bir sıra mahnıların saxta olduğu iddia edilir.

Bu da saxta çıxdı - Foto

Maykl Ceksonun ölümündən sonra işıq üzü görən albomda bir sıra mahnıların saxta olduğu iddia edilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, "Sony Music Entertainment" şirkəti pop kralı Maykl Ceksonun ölümündən sonra buraxılan albomda bir neçə mahnının başqa bir vokalçı tərəfindən səsləndirildiyini etiraf edib.

Şirkət nümayəndələrinin məhkəmədə bildirdiklərinə görə, "Breaking News", "Keep Your Head Up" və "Monster" mahnıları Ceyson Malaçi tərəfindən ifa olunub.

Qeyd edək ki, şirkətə qarşı məhkəməyə müraciət 2014-cü ildə iddianı irəli sürən fanatlar tərəfindən edilib.

Məhkəmənin qərarı isə 90 gün ərzində bilinəcək.

Maykl Ceksonun "Maykl" albomu 2010-cü ildə, onun ölümündən bir il sonra buraxılıb.