“Avropa prodüseri” ləqəbi ilə tanınan Sultan Mustafayev müğənni Nura Surini tənqid edib. “Avropa prodüseri” ləqəbi ilə tanınan Sultan Mustafayev müğənni Nura Surini tənqid edib.

“Avropa prodüseri” Nuranı “yıxıb-sürüdü”: “Ay cahil...”

“Avropa prodüseri” ləqəbi ilə tanınan Sultan Mustafayev müğənni Nura Surini tənqid edib.

AzNews.az xəbər verir ki, o, Nura Surini “cahil” adlandırıb:

“Səsi və sənəti olmayan müğənniciyin səhifəsində bir paylaşım gördüm. Deyir ki, MRTS kanallara nəzarət eləsin. Sözüm, səsi və sənəti olmayan müğənniciklərədir. Ay “nənəşka”, nə qədər ki sənin kimi səsi olmayan ifaçılar var, o qədər də efirdə belə tərbiyəsizliklər olacaq. Çünki vaxtında səni də pulla təbliğ edirdilər, veriliş pul alıb, səni efirə buraxırdı. Güzgünü qoy qarşına, özünə bax. Tualetdə belə sənin səsin çıxmır, ay cahil! İnsan əvvəl özünə baxmalıdır, sonra başqasına irad tutmalıdır. Sən kimsən ki, o boyda dövlət qurumuna söz atasan”.

Xatırladaq ki, müğənni Nura Suri Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib. O, efirlərdəki vəziyyətdən narazı olduğunu və bu barədə ölçü götürülməsini xahiş edib.

Bahar RÜSTƏMLİ
AzNews.az