Nazpərinin prodüserindən müğənniyə sərt cavab

Müğənni Minanın "Aysel" jurnalına müsahibəsində dediyi sözlər qalmaqala səbəb olub.
Axşam.az-ın məlumatına görə, sənətçinin "bədbəxtlər mahnılarıma diqqətlə qulaq assa" cümləsinə xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynovdan sərt cavab gəlib:

"Sən kimsən ki, sənə dəyər verən tamaşaçılarına bədbəxt deyirsən? Minnətin olsun ki, səni toya dəvət edirlər. Adam sənə nə gözlə baxmaq istəyir, nə də qulağıyla eşitmək. Bir damcı tanınan kimi quyruqları qapı arasından çıxır. "Popstar"dakı günlərini unudub".

Xatırladaq ki, Mina "Aysel" jurnalına müsahibəsində bu sözləri deyib:

"Toy məclislərinə dəvətlər gəlir. Deyəndə ki, axı mən toy müğənnisi deyiləm – deyirlər, yaxşı üç min də artırarıq. Bədbəxtlər mahnılarıma diqqətlə qulaq assaydılar, mənə gözlə yox, qulaqla baxsaydılar anlayardılar".

AzNews.az