“Hovuzda az qaldım boğulam...“ - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan Mərdəkanda verdiyi "Su şousu" adlı solo- konsertindən söz açıb.


AzNews.az xəbər verir ki, öz təəssüratlarını lent. az-la bölüşən müğənni konsertdən məmnun qaldığını bildirib:

"Mənim sulara verdiyim konsert, dünya şöhrətli bəstəkarımız Şəfiqə Axundovanın dəfn edilməsi günə təsadüf etdi. Həmin gün konsert vermək, mənə çox çətin idi. Amma birtəhər özümü toplayıb, konsert verdim. Elman Əzimovun rəhbərlik etdiyi musiqi heyəti ilə birgə tamaşaçılara möhtəşəm gecə bəxş etdiyimizi düşünürəm. Həmin gün konsertimə bir çox məşhurları dəvət etmişdim. Dəvət etdiyim məşhurlardan bəziləri gələ bilməsə də, modelyer Fəxriyyə Xələfova, müğənnilərdən Könül Kərimova, Ramal və Vüsal İsrafilov, Kərim Abbasov, Elnarə Xəlilova və başqaları gəlmişdilər. Konsertimə gələ bilməyənləri isə qınamıram. Yəqin ki, işləri çıxıb, gələ bilməyiblər. Allah canlarını sağ eləsin. Konsertimə gələnlər ancaq ziyalılar idi. Gecədə maraqlı nüanslar çox oldu. Hətta hovuza girdim, az qaldım boğulam, bir təhər çıxartdılar".

Müğənni daha sonra konsertin təşkilati işlərindən söz açdıb:

"Konsertimin təşkilatı işləri ilə teleaparıcı Elgiz Əkbər məşğul oldu . Sözün düzü, onun bu qədər gözəl təşkilatçılıq qabiliyyətinin olduğunu bilmirdim. Çox sağ olsun. Həmin gün geyindiyim libası bacım Lalə Seyidcahan hazırlamışdı. Sizə deyim ki, bacım da dahidir. Çünki onun əl qabiliyyəti həqiqətən gözəldir. Gecədə məni stilist Pərviz Mirzəyev bəzəmişdi. 9 yaşlı dayım oğlu Yusifin mənə hədiyyə etdiyi "H2 O" adlı tort mənə ən böyük hədiyyə oldu. Mən də öz növbəmdə onun hədiyyəsini cavabsız qoymadım. Ona "Yusif" adlı mahnımı hədiyyə etdim".

AzNews.az