“Onların etdikləri Azərbaycan mədəniyyətinə təcavüzdür“

Xalq artisti Ağadadaş Ağayev bayağı mahnı oxuyan sənətçilərdən danışıb.


Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında həmkarlarına məsləhət verib:

"El məclislərində bayağı mahnılar çox oxuyurlar. O cür bəstələr ifa edən müğənnilərə demək istəyirəm ki, papaqların qarşılarına qoyub, fikirləşsinlər. Onların etdikləri cinayətdir, Azərbaycan mədəniyyətinə təcavüzdür. 35 illik sənətimdə heç vaxt bayağı mahnı ifa etməmişəm. Əgər sübut etsələr ki, Ağadadaş bayağı oxuyur, elə bu gün sənətdən getməyə hazıram. Buna görə də məni tez-tez toylara dəvət edirlər.

Mahnılarımı ifa etmək istəyən həmkarlarım da olur. Hamısı zəng vurub icazə alırlar. Mən də xeyir-dua verirəm. Onlardan tək istəyim mahnının sözlərini təhrif etməsinlər, olduğu kimi oxusunlar".

Xalq artisti yeniliklərindən də danışıb:

"Çox vaxt Türkiyədə oluram. Elə mahnılarımı da orada yazdırıram. İndi üçüncü albomumu hazırlayıram. Bu yaxınlarda işıq üzü görəcək".

AzNews.az