“Azərbaycanda heç kim bahalı klip çəkdirməyib” “Azərbaycanda heç kim bahalı klip çəkdirməyib”

Sevinc Musayeva müğənniləri yalançılıqda ittiham etdi

“Azərbaycanda heç kim bahalı klip çəkdirməyib”


"Azərbaycanda klip çəkdirmək o qədər də baha başa gəlmir. Şou-biznes nümayəndələrindən, kim deyirsə mən bahalı klip çəkdirmişəm, yalan danışır". Bu sözləri AzNews.az –a müğənni Sevinc Musayeva deyib. "İstanbulda Liman" mahnısının klip çəkilişləri üçün bir müddət Türkiyədə olacağını deyən müğənni bildirib ki, son vaxtlar məşhur müğənnilərimizdən, xalq artistlərimizdən tutmuş, sənətə yeni qatılan cavan müğənnilərimizə qədər elə də bahalı klip çəkdirən olmayıb."Müğənnilərimiz efirdə çıxıb deyirlər ki, klipimə 80 min elə getdi, 90 min belə getdi. Şou-biznesdə kim deyirsə mən bahalı klip çəkdirmişəm, yalan danışır. Azərbaycanda klip çəkdirmək o qədər də baha başa gəlmir". Müğənni yeni klipinin çəkilişləri üçün Türkiyəyə getməsinin səbəblərini də açıqlayıb: "İstanbulda liman" adlı klipinin çəkilişləri üçün türk şirkətindən təklif almışam. Klipin xərclərini mən ödəmədiyim üçün, konkret rəqəm açıqlaya bilmirəm".

Mirvari Nəcəf

AzNews.az