Sənətçinin xeyriyyə konsertlərindən imtina etməsinin kökündə nə dayanır? Sənətçinin xeyriyyə konsertlərindən imtina etməsinin kökündə nə dayanır?

Müğənni Elnurun iki böyük yalanı... - Audio

Sənətçinin xeyriyyə konsertlərindən imtina etməsinin kökündə nə dayanır?

Hər zaman xeyriyyə konsertlərindən ağız dolusu danışan Elnur bu dəfə ifşa olundu. Belə ki, bir az populyarlıq qazandıqdan sonra ölkə KİV-lərini, o cümlədən televiziya əməkdaşlarını başına yığıb, özünü xeyirxah insan kimi təqdim edən Elnur əslində, nəyin necə olduğunu özü də bilmədən mediaya bəyan etdi. Bir daha məlum oldu ki, müğənnilərin xeyriyyə konsertləri verməsi əsilində, onların piarı üçün qurulub və əmindirlər ki, media bu planda hər zaman onların arxasında duracaq.

Lakin AzNews.az isə hər şeyi olduğu kimi təqdim etmək yolunu seçdiyindən, bütün həqiqətləri sizə çatdırır. Bu layihəmizin ilk sayında Nadir Qafarzadənin produsserinin media ilə müştəri arasında təzadlı danışığının şahidi olmuşdunuz. Bu dəfə isə müğənni müğənni Elnur hədəfimizə tuş gəldi. Onun xeyriyyə konsertləri ilə bağlı bildiridiyi fikri dəyişmədən sizə təqdim edirik:

-Biz təşkilat olaraq, yetim və kimsəsiz uşaqlar üçün xeyriyyə konseti verəcəyik. Konsert ayın 21-i və 22-si tarixlərində olacaq. Bizə təstək ola bilərsiz?

-Bir dəfə pul verilən konsert olacaq heç? Öldük, bizə kim xeyriyyə verəcək?!

-Bilirsiniz, bu uşaqlar üçün verilən xeyriyyə konsertdir.
-Bilmirəm xanım mən Bakıda olmuram, hazırda da heç Bakıda deyiləm.

Bir neçə dəqiqə sonra Elnura müştəri kimi zəng edirik:

Çox mülaim şəkildə, sevinərək bizə produsserinin əlaqə nömrəsini göndərdi və qiymət məsələsini onunla həll etməyimizi məsləhət gördü. Elnurun Azərbaycanda olub-olmadığını öyrənmək üçün ilk olaraq sabah üçün ad günü sifarişi etdik. Qiymətin azlığı müğənninin produsserini qane etmədi və qiymətin yüksəldiləcəyi halda doğum günündə oxuya biləcəyini söylədi. Bununla da Elnur ikinci yalanının üstünü açmış oldu. Deməli, Elnur özü dediyi kimi, rahatlığını xeyriyyə konsertlərində yox, qiyməti yüksək olan toy və banketlərdə tapır. Onu da söyləyək ki, xeyriyyə konsertində iştirakı qəbul etməmək olardı, amma yalan danışmaq nəyə lazımdır?

Əminə
AzNews.az