Aytən qiymət açıqladı: 1000 manat

Rəqqasə Aytənin yeni titulu var.

Axşam.az-ın məlumatına görə, sənətçi Azərbaycanda "rəqsin sultanı" olduğunu iddia edib. Bu haqda qonaq olduğu "Bığ" şouda danışan Aytən bu titulu ona Türkiyədə verdiklərini deyib:

"Türkiyədə məni "Azərbaycan rəqsinin sultanı" adlandırdılar. Digər rəqqasələrimiz - Fatimə və Oksananı da bəyənirəm. Onların rəqs stili tamam başqadır. Məndə isə orientaldır. Mənim rəqsim bütün dünyada sevilir və tanınır".

Aytən həmçinin qeyd edib ki, bir rəqsi 1000 manata oynayır.

AzNews.az